Zərbədalğa
Zərbə dalğa terapiyası ağrının azalması, qan dövranının yaxşılaşdırılması və toxumaların bərpasının sürətləndirilməsi məqsədilə tətbiq olunan qeyri-invaziv fizioterapiya üsuludur. Əsasən ortopediya və reabilitasiya sahəsində istifadə edilir.
Tətbiq sahələri:
Dirsək, çiyin və topuq ağrıları;
Tendon və bağ problemləri;
Xroniki əzələ və oynaq ağrıları;
Psevdartroz və digər ortopedik xəstəliklər.
Təsiri:
Qan dövranını və toxuma qidalanmasını yaxşılaşdırır;
Ağrının azalmasına kömək edir;
İltihab və şişkinliyi azaltmağa dəstək olur;
Toxumaların bərpa proseslərini aktivləşdirir.
Prosedur xüsusi cihaz vasitəsilə yaradılan akustik dalğaların problemli nahiyəyə ötürülməsi ilə həyata keçirilir. Müalicə qeyri-cərrahi, təhlükəsiz və effektiv reabilitasiya üsullarından biridir.