--:-- | -- °C
Park Naftalan Hotel

Haqqımızda

Ənənəvi müalicə, keyfiyyətli xidmət

Park Naftalan Health Hotel Naftalanın unikal müalicə imkanlarını müasir qonaqpərvərlik standartları ilə birləşdirən sağlamlıq mərkəzi və sanatoriyadır. Bizim əsas məqsədimiz qonaqlarımıza həm effektiv müalicə, həm də yüksək komfortlu istirahət təqdim etməkdir.

Park Naftalan Health Hotel qonaqların rahatlığı üçün 8 kateqoriyada olan 84 ədəd müasir, geniş, işıqlı və komfortlu otaq ilə xidmət göstərir. Otaqlarımızdan açılan dağ və şəhər mənzərəsi istirahətinizi daha xoş və dinc edir.
Əlverişli yerləşimimiz sayəsində otelimiz şəhər mərkəzinə yaxın yerləşir və bank, aptek, market kimi vacib məntəqələrə rahat çıxış imkanı yaradır. Yaxınlıqda yerləşən park isə qonaqlarımıza təmiz havada gəzinti və sakit istirahət fürsəti təqdim edir.

Bundan əlavə, otelimizin geniş həyətyanı sahəsi və fitnes mərkəzi aktiv həyat tərzini qorumaq istəyən qonaqlar üçün əlavə üstünlüklər yaradır.
Biz inanırıq ki, əsl müalicə yalnız prosedurlarla deyil, həm də etibar, qayğı və komfort ilə mümkündür. Park Naftalan Health Hotel olaraq hər bir qonağımızın sağlamlığını və məmnuniyyətini prioritet hesab edirik.