Vakuum Terapiya
Vakuum terapiyası xüsusi bankalar və vakuum aparatları vasitəsilə toxumalara mexaniki təsir göstərən fizioterapiya üsuludur. Prosedur zamanı mənfi təzyiq yaradılaraq qan dövranı və mübadilə prosesləri aktivləşdirilir.
Faydaları:
Qan və limfa dövranını yaxşılaşdırır;
Əzələ gərginliyinin azalmasına kömək edir;
Ağrı və ödemin azalmasını dəstəkləyir;
Toxumaların bərpa proseslərini sürətləndirir;
Ümumi rahatlama hissi yaradır.
Vakuum terapiyası dayaq-hərəkət sistemi xəstəlikləri, əzələ spazmları və ağrı sindromlarının kompleks müalicəsində tətbiq olunan qeyri-invaziv fizioterapiya üsullarından biridir.