--:-- | -- °C

Panorama Restoran

Restoranımız yerli və dünya mətbəxinin seçilmiş nümunələrini bir araya gətirərək qonaqlarımıza zəngin dad təcrübəsi təqdim edir. Gün ərzində 3 dəfə təşkil olunan açıq bufet menyusu müxtəlif çeşidli ləziz yeməklərlə zəngindir.

Geniş və komfortlu zalımızda Naftalan şəhərinin, Murov və Qafqaz dağlarının möhtəşəm mənzərəsi ilə müşayiət olunan yeməklərdən zövq alaraq xoş və unudulmaz anlar yaşaya bilərsiniz.

İş saatları:

Səhər yeməyi (açıq bufet): 07:30 – 10:00
Nahar (açıq bufet): 13:00 – 15:00
Şam yeməyi (açıq bufet): 19:00 – 21:00