Müalicəvi bədən tərbiyəsi
Naftalan müalicəsini tamamlayan sağlamlıq proqramı
Park fitnes yalnız fiziki formanı qorumaq və aktiv həyat tərzini dəstəkləmək üçün nəzərdə tutulmuş məşq sahəsi deyil. Bu proqram eyni zamanda müalicəvi bədən tərbiyəsi istiqamətində hazırlanaraq naftalan müalicəsi prosesinin effektivliyini artırmağa kömək edən vacib reabilitasiya mərhələlərindən biridir.
Peşəkar fizioterapevt həkimin nəzarəti altında hazırlanan fərdi müalicəvi idman proqramları pasiyentin sağlamlıq vəziyyəti, fiziki imkanları və müalicə məqsədləri nəzərə alınaraq tərtib edilir.
Düzgün seçilmiş fiziki hərəkətlər naftalan prosedurları ilə birlikdə bədənin bərpa imkanlarını dəstəkləyir, əzələ sisteminin möhkəmlənməsinə, hərəkət funksiyalarının yaxşılaşdırılmasına və ümumi fiziki aktivliyin artırılmasına kömək edə bilər.
Müalicəvi bədən tərbiyəsinin əhəmiyyəti
Naftalan müalicəsinin kompleks yanaşma ilə aparılmasına imkan yaradır;
Fizioterapevt nəzarəti ilə təhlükəsiz və məqsədyönlü məşq proqramı təmin edir;
Əzələ və oynaq sisteminin funksional vəziyyətinin dəstəklənməsinə kömək edir;
Bədənin hərəkət qabiliyyətinin və fiziki dözümlülüyün artırılmasına yönəldilir;
Sağlam həyat tərzinin formalaşmasına töhfə verir.
Fitnes zalı və sualtı müalicəvi gimnastika
Park fitnes proqramı çərçivəsində pasiyentlər həm müasir fitnes zalında, həm də su mühitində xüsusi hazırlanmış müalicəvi hərəkətlərdən yararlana bilərlər. Suda həyata keçirilən məşqlər bədənə düşən yükün düzgün bölüşdürülməsinə və hərəkətlərin daha rahat yerinə yetirilməsinə imkan yaradır.
Park fitnes – naftalan müalicəsini hərəkət, fizioterapiya və fərdi yanaşma ilə tamamlayan, sağlamlığın bərpasına yönəlmiş müasir proqramdır.