--:-- | -- °C

Mineral vannası

Mineral vannası Mineral vannalar orqanizmin rahatlamasına, qan dövranının yaxşılaşmasına, əzələ gərginliyinin və oynaq ağrılarının azalmasına kömək edən müalicəvi hidroterapiya üsuludur.

Vannalara dəniz duzu, maqnezium və sulfat tərkibli mineral duzlar, efir yağları, eləcə də şam ekstraktı və digər bitki tərkibli rahatlaşdırıcı əlavələr (vanna üçün sakitləşdirici sütlü-ballı qarışıq, iynəyarpaqlıların cövhəri,antisellülit qarışığı) qatılaraq prosedurun təsiri artırılır.

Mineral vannalar revmatik və oynaq xəstəlikləri, əzələ yorğunluğu, stress və gərginlik hallarında geniş tətbiq olunur. Naftalan müalicəsi zamanı istifadə edildikdə isə orqanizmin rahatlamasını dəstəkləyir, əzələ və oynaqların funksional vəziyyətinin yaxşılaşmasına, reabilitasiya prosesinin daha səmərəli keçməsinə kömək edir.