Maqnit Terpaiya
Maqnitoterapiya maqnit sahəsinin təsiri ilə orqanizmdə bərpa proseslərini dəstəkləyən və müxtəlif xəstəliklərin kompleks müalicəsində tətbiq olunan fizioterapiya üsuludur.
Tətbiq sahələri:
Xroniki ağrı sindromları (oynaq ağrıları, miqren, aybaşı ağrıları və s.);
Periferik qan dövranı pozğunluqları;
Stress, nevroz, depressiya və yorğunluq halları;
Çətin sağalan yaralar;
Hipertoniyanın kompleks müalicəsi və profilaktikası.
Faydaları:
Ağrının azalmasına kömək edir;
Qan dövranını yaxşılaşdırır;
İmmun sistemini dəstəkləyir;
Sinir gərginliyini azaldır və ümumi rahatlama yaradır;
Bərpa proseslərini sürətləndirməyə kömək edir.