LOR turundası burun və ya qulaq boşluğuna müalicəvi məhlul və ya preparat hopdurulmuş steril tamponun yerləşdirilməsi ilə həyata keçirilən prosedurdur.
Burun tutulması, rinit, sinusit, faringit və digər LOR xəstəliklərində selikli qişanın nəmlənməsinə, iltihabın və ödemin azalmasına, həmçinin yerli müalicənin təsirinin artırılmasına kömək edir.
Naftalan müalicəsi zamanı tətbiq olunduqda isə LOR orqanlarının bərpasını dəstəkləyərək müalicənin ümumi effektivliyinin artmasına kömək edir.