İnhalyasiya tənəffüs yollarının nəmlənməsinə, seliyin durulaşmasına və nəfəs almanın asanlaşmasına kömək edir. Allergik rinit, faringit və bəzi yuxarı tənəffüs yolu xəstəliklərində simptomların yüngülləşdirilməsini dəstəkləyə bilər. Naftalan müalicəsi zamanı tətbiq olunan inqalyasiya isə tənəffüs yollarının rahatlamasına və bərpa prosesinin daha səmərəli keçməsinə kömək edir.