Fonoferez
Fonoforez ultrasəs dalğaları vasitəsilə dərman maddələrinin dəri vasitəsilə toxumalara çatdırılmasını təmin edən müasir fizioterapiya üsuludur. Xüsusilə dayaq-hərəkət və sinir sistemi xəstəliklərinin kompleks müalicəsində geniş tətbiq edilir.
Tətbiq sahələri:
Dayaq-hərəkət sistemi xəstəlikləri;
Nevrit və nevralgiyalar;
Süst ifliclər və Parkinson xəstəliyi;
Beyin travmaları və beyin qan dövranı pozğunluqlarından sonrakı vəziyyətlər;
Mərkəzi və periferik sinir sistemi xəstəlikləri.
Faydaları:
İltihabın və ağrının azalmasına kömək edir;
Qan və limfa dövranını yaxşılaşdırır;
Maddələr mübadiləsini aktivləşdirir;
Toxumaların elastikliyini və bərpasını dəstəkləyir;
Əzələ, vətər, bağ və qığırdaq toxumalarının regenerasiyasını sürətləndirməyə kömək edir.