Elektroferez
Elektroforez dərman maddələrinin zəif elektrik cərəyanı vasitəsilə toxumalara çatdırılmasını təmin edən effektiv fizioterapiya üsuludur.
Tətbiq sahələri:
Osteoxondroz, artrit, artroz, fəqərəarası disk protruziyası və yırtığı;
Radikulit, nevralgiya, miqren, nevroz və yuxu pozğunluqları;
Prostatit, sistit, pielonefrit;
Qadın cinsiyyət sistemi iltihabi xəstəlikləri;
Xroniki bronxit;
Hipertoniya, hipotoniya və ateroskleroz;
Əməliyyat və travmalardan sonra çapıq, bitişmə və ödemlərin müalicəsi;
Vətər zədələnmələri və ağrı sindromları;
Uşaqlarda müxtəlif fizioterapevtik göstərişlər.
Faydaları:
Dərmanların təsirini gücləndirməyə kömək edir;
Qan və limfa dövranını yaxşılaşdırır;
Toxumaların bərpasını sürətləndirir;
Ağrı və iltihabın azalmasına dəstək olur.