Aplikasiya
Aplikasiya mətni Təmizlənmiş Naftalan ilə aplikasiya (bükmə) bədənin müəyyən nahiyələrinə Naftalanın tətbiq olunaraq örtülməsi ilə həyata keçirilən müalicə prosedurudur.
Bu üsul iltihabın və ağrıların azalmasına, qan dövranının yaxşılaşmasına, əzələ spazmlarının aradan qaldırılmasına və toxumaların bərpasının dəstəklənməsinə kömək edir.
Revmatik xəstəliklər, oynaq və onurğa problemləri, əzələ-vətər zədələnmələri, periferik sinir sistemi xəstəlikləri və bəzi dəri xəstəliklərində ( xüsusən də psoriaz )geniş tətbiq olunur.
Naftavit( təmizlənmiş özəl naftalan yağı), piling və skrablar ilə aplikasiya müalicəvi təsiri artıraraq reabilitasiya prosesinin daha səmərəli keçməsinə və hərəkət qabiliyyətinin yaxşılaşmasına kömək edir.