Amplipulsterapiya
Amplipuls terapiyası sinusoidal modullaşdırılmış cərəyanların təsiri ilə ağrının azalmasına, əzələ spazmlarının aradan qaldırılmasına, qan dövranının və maddələr mübadiləsinin yaxşılaşmasına kömək edən fizioterapiya üsuludur.
Tətbiq sahələri:
Osteoxondroz
Radikulit
Fəqərəarası disk protruziyası və yırtığı
Artrit və artroz
Nevralgiyalar
Sinir kökcüklərinin kompressiyası
Onurğa sütununun əyrilikləri
Dayaq-hərəkət aparatı travmaları
Uşaq serebral iflici
İnsultdan sonrakı ifliclər
Əzələ distrofiyası
Revmatoid və digər birləşdirici toxuma xəstəlikləri
Faydaları:
Ağrının və iltihabın azalmasına kömək edir;
Əzələ spazmlarını azaldır;
Qan və limfa dövranını yaxşılaşdırır;
Bərpa proseslərini sürətləndirir;
Sinir sistemini sakitləşdirərək yuxunun yaxşılaşmasına kömək edir.