--:-- | -- °C

Naftalanın Tarixi

Dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvi (1141-1201) “Xəmsə”yə daxil olan poemalarında ilk dəfə naftalan Naftalan şəhəri yaxınlığında yerləşən Səfikürd kəndindən karvanlar vasitəsilə daşınmasını poetik formada təsvir edir.

Daha sonra 13-cü əsrdə yaşamış məşhur səyyah Marko Polo Azərbaycandan keçərək Venesiyadan Çinə səfər edərkən öz traktatlarından naftalandan bəhs edir.

 MÜALİCƏVİ XÜSUSİYYƏTLƏR

Desenzibilyasiyaedici xüsusiyyətlər

Dəriyə nüfuz edərək ona birbaşa təsir göstərir — dəri kapilyarlarını genişləndirir, göynəməni azaldır, iltihablı infiltratların sorulmasını təmin edir.

Dezinfeksiyaedici xüsusiyyətlər

Xüsusilə, pustulaların qurumasına təkan verir, dəri epitelinin bərpasını təmin edir.

Rezorbsiya reflektor xüsusiyyətləri

Mübadilə prosesini və enzimatik prosesi normallaşdırır, orqanizmin ürək-damar, sinir və əzələ sistemlərinə müsbət təsir göstərir. Hamar əzələlərin tonusunu azaldır, qan damarlarını genişləndirir, qanın reoloji xassələrini, lipidlərin peroksidləşməsi proseslərini yaxşılaşdırır, qanın koaqulyasiya

xüsusiyyətlərini normallaşdırır və immunokorreksiyaedici təsir göstərir.

İltihabəleyhinə ağrıkəsici xüsusiyyətlər

Yüksək ağrıkəsici və iltihabəleyhinə təsirlərə malikdir. Steroid

hormonlarının təbii biosintezini gücləndirir, sintezi dayandırır və iltihab vasitələrinin təsirini deaktiv edir.

Ağrıkəsici xüsusiyyətlər

İltihab prosesini aradan qaldırır, sinir uclarının taktil həssaslığını azaldır,

dərinin hisiyyatlılıq həddini artırır və antinosiseptiv sistemin serotinenergik mexanizmlərinə təsir edir.

Yerli isidici xüsusiyyətlər

Yerli mikrosirkulyasiya proseslərini stimullaşdırır, hemolimfatik drenajı yaxşılaşdırır, maddələr mübadiləsini, diffuziya proseslərini aktivləşdirir, bununla da xəstəlik nəticəsində pozulmuş toxuma trofizminin yeni

səviyyəsini yaratmağa və onlarda yerli homeostazı bərpa etməyə kömək

edir.

İstifadəsinə göstərişlər

Oynaqların onurğa sütununun xəstəlikləri: revmatoid artrit, brusellyoz poliartriti, psoriatik poliartrit, radikulyar təzahürlərlə onurğanın bütün hissələrinin osteoxondrozu, spondiloz, ikinci dərəcəli deformasiya edən osteoartrit (posttravmatik), posttravmatik kontrakturalar.

Yumşaq toxumaların və dayaq-hərəkət aparatının oynaqdankənar xəstəlikləri: bursit, tenosinovit, periartrit, miozit, mialgiya, miofasit/

Periferik sinir sisteminin xəstəlikləri: radikulit, işias, nevralgiya, nevrit.

Periferik damar xəstəlikləri: alt ekstremitələrin damarlarının aterosklerozu, obliterasiyaedici endartrit tromboflebit, varikoz damar genişlənməsi, trofik xora.

Dəri xəstəlikləri: psoriaz (remissiya mərhələsi), ekzema, neyrodermit, skleroderma, ixtioz, seboreya, müxtəlif etiologiyalı dermatit.

Qulaq, burun, boğaz xəstəlikləri: tonzillit, rinit, sinuzit, frontit, haymorit, otit.

Əks göstərişlər:

Naftalan müalicəsi aşağıdakı hallarda tövsiyə edilmir:

•⁠ ⁠Kəskin və yarımkəskin xəstəliklər, yüksək hərarət;
•⁠ ⁠Bədxassəli və xoşxassəli şişlər;
•⁠ ⁠Vərəm və ağır qan xəstəlikləri, anemiya;
•⁠ ⁠Ruhi xəstəliklər və epilepsiya;
•⁠ ⁠QİÇS, Hepatit C və zöhrəvi xəstəliklər;
•⁠ ⁠Böyrək və qaraciyər çatışmazlığı;
•⁠ ⁠Ağır ürək-damar xəstəlikləri və ciddi ritm pozğunluqları;
•⁠ ⁠III dərəcəli hipertoniya;
•⁠ ⁠Ağır nevroloji xəstəliklər və insultun bəzi qalıq əlamətləri;
•⁠ ⁠Zob və bəzi qalxanabənzər vəz xəstəlikləri;
•⁠ ⁠Ginekoloji xəstəliklərin bəzi formaları;
•⁠ ⁠Hamiləlik və südvermə dövrü;
•⁠ ⁠Prostat vəzinin adenoması.

Naftalan müalicəsinə başlamazdan əvvəl həkim müayinəsi və konsultasiyası vacibdir.