Əyləncə və Ekskursiya
Park Naftalan Health Hotel-də sağlamlıq və istirahət harmoniyası gün ərzində olduğu kimi, axşam saatlarında da davam edir. Qonaqlarımızın müalicə müddətini daha xoş, rahat və yaddaqalan etmək məqsədilə otelimizdə mütəmadi olaraq canlı konsertlər, əyləncəli proqramlar və müxtəlif tədbirlər təşkil olunur.
Bu xüsusi axşam proqramları qonaqlarımıza gündəlik prosedurlardan sonra dincəlmək, xoş vaxt keçirmək və yeni gözəl xatirələr yaratmaq imkanı verir. Park Naftalan Health Hotel-də müalicə yalnız sağlamlığa yönəlmiş bir proses deyil, eyni zamanda rahatlıq, pozitiv enerji və keyfiyyətli istirahətlə tamamlanan xüsusi bir təcrübədir.
Ekskursiya
Park Naftalan Health Hotel qonaqlarının istirahətini daha zəngin və yaddaqalan etmək məqsədilə müxtəlif istiqamətlərə ekskursiyalar təşkil edir. Naftalan şəhərinin əlverişli coğrafi yerləşməsi qonaqlara Azərbaycanın zəngin tarixi və təbii gözəllikləri ilə seçilən məkanlarını kəşf etmək imkanı yaradır.
Hər həftəsonu — şənbə və bazar günləri fərdi və qrup şəklində təşkil olunan turlar çərçivəsində qonaqlar Mingəçevir, Gəncə, Şəki, Şuşa, Göygöl Milli Parkı və Maralgöl kimi tarixi, mədəni və təbiət gözəllikləri ilə seçilən məkanlara səyahət edə bilərlər.
Bu ekskursiyalar müalicə və istirahət proqramını tamamlayaraq qonaqlara yeni yerlər kəşf etmək, Azərbaycanın unikal təbiəti və mədəni irsi ilə yaxından tanış olmaq, xoş və unudulmaz anlar yaşamaq imkanı verir.


