--:-- | -- °C

Yüksək intensivli lazer terapiya

Yüksək intensivlikli lazer terapiyası ağrıların azaldılmasına, iltihabın yüngülləşdirilməsinə, qan dövranının yaxşılaşmasına və toxumaların bərpasının dəstəklənməsinə kömək edən müasir fizioterapiya üsuludur.

Bel və boyun ağrıları, oynaq xəstəlikləri, əzələ-vətər zədələnmələri, idman travmaları, bursit və tendinit kimi hallarda geniş tətbiq olunur. Naftalan müalicəsi zamanı istifadə edildikdə isə müalicənin təsirini tamamlayaraq ağrıların azalmasına, oynaq hərəkətliliyinin yaxşılaşmasına və reabilitasiya prosesinin daha səmərəli keçməsinə kömək edir.