--:-- | -- °C

Hicama

Hicama ənənəvi müalicə üsullarından biridir. Prosedur zamanı xüsusi vakuum kupaları tətbiq edilir, daha sonra dəri üzərində kiçik səthi kəsiklər edilərək az miqdarda qan xaric olunur.

Hicamanın qan dövranını yaxşılaşdırmağa, əzələ gərginliyini və bəzi növ ağrıların azalmasına kömək edə biləcəyi bildirilir. Bəzi insanlarda rahatlama hissi yarada və reabilitasiya məqsədilə köməkçi üsul kimi istifadə oluna bilər.

Hicama yalnız steril şəraitdə, təlim keçmiş mütəxəssis tərəfindən və həkimin tövsiyəsi nəzərə alınaraq aparılmalıdır.