--:-- | -- °C

Limfodrenaj

Limfodrenaj xüsusi manjetlər vasitəsilə limfa axınının stimullaşdırıldığı və toxumalarda yığılan artıq mayenin xaric olunmasına kömək edən fizioterapiya üsuludur. Prosedur limfa və qan dövranını yaxşılaşdıraraq orqanizmin bərpa proseslərini dəstəkləyir.

Tətbiq sahələri:

Limfa durğunluğu və ödemlər;
Xroniki venoz çatışmazlıq;
“Yorğun ayaq” sindromu;
Selulit və bədən formasının korreksiyası;
Fiziki yorğunluq və stress halları;
Reabilitasiya dövrü.

Faydaları:

Limfa sisteminin fəaliyyətini yaxşılaşdırır;
Qan dövranını və toxuma mübadiləsini aktivləşdirir;
Şişkinliyin və ağırlıq hissinin azalmasına kömək edir;
Dərinin tonusunu və elastikliyini artırır;
Bədənin formalaşmasına və rahatlama hissinə dəstək olur;
Yorğunluq və gərginliyin azalmasına kömək edir.

Limfodrenaj terapiyası sağlamlıq, reabilitasiya və bədən baxımı proqramlarında geniş tətbiq olunan rahat və effektiv prosedurlardan biridir.